Skip to content Skip to footer

Sizinlə eyni uroloji problemləri yaşayan digər xəstələrin də bənzər sualları var. Dr. Rövşən Tağıyev, xəstələrin ən çox müraciət etdiyi mövzuları və onların həlli yollarını burada aydınlaşdırır. Şikayətlərinizi gecikdirmədən əvvəl bu vacib sualların cavabları ilə tanış olun.

Əvvəlki müayinə nəticələriniz (USM, KT, MRT), qan və sidik analizləri, istifadə etdiyiniz dərmanların siyahısı və varsa əvvəlki əməliyyat epikrizləri.

Bu əməliyyatın növündən asılıdır. RIRS, URS, varikoselektomiya kimi əməliyyatlar ambulator (eyni gün evə dönüş) icra oluna bilər. PNL, TUR-P kimi əməliyyatlar 1–2 gün xəstəxana qalışı tələb edir.

Bəli, icbari tibbi sığorta ilə qəbul edilir.

Bəli, ilkin məsləhət üçün OTX kimi aplikasiya vasitəsiylə konsultasiya təşkil oluna bilər. Lakin fiziki müayinə çox vaxt zəruri olur.

Əməliyyat ümumi  anesteziya altında aparılır, heç bir ağrı hiss olmaz. Sonrakı dövrdə minimal narahatlıq ola bilər, lakin bu ağrıkəsicilərlə asanlıqla idarə olunur.

Adətən 3–7 gün sonra yüngül işlər üçün evə dönüş mümkündür. Ağır fiziki fəaliyyət üçün 2–4 həftə gözlənilir.

Sperma parametrlərinin yaxşılaşması 3–6 ay ərzində baş verir. Tam effekt üçün 6–12 ay gözləmək tövsiyə olunur.

Mikro-TESE, sperması olmayan kişilərdə (azoospermiya) mikroskop altında testis toxumasından sperm hüceyrəsi axtarılması əməliyyatıdır. Tapılan spermlər IVF/ICSI üçün dondurulur.

Lokal anesteziya və ya yüngül sedasyon altında icra olunur. Minimal narahatlıq ola bilər. Sonrasında sidikdə qısa müddətli qan normal sayılır.

50 yaşdan etibarən hər il. Ailə tarixçəsindəkilər (ata/qardaşda prostat xərçəngi) üçün 40–45 yaşdan.

Testis xərçəngi erkən mərhələdə aşkarlandıqda 5 illik sağqalma 99%-ə çatır. Ən yaxşı proqnozlu xərçənglərdən biridir.

Kiçik ağrını gözlətmə, böyük fəsadlardan qorun.