Skip to content Skip to sidebar Skip to footer

Poliplər nədir? Qorxuludurmu?

Poliplər nədir
Poliplər uşaqlıq daxilində yaranan və qanaxmalara, sonsuzluğa səbəb ola bilən törəmələrdir.

Poliplər uşaqlığın daxilində (endometriumda), servikal kanalda və ya uşaqlıq boynunun səthində yaranan xoşxassəli törəmələrdir. Xərçəngə çevrilmə riski çox aşağıdır — təxminən 0,1%.

Əlamətlər:
– Ara qanamalar
– Menstruasiya arası qanlı ifrazat
– Bəzən isə heç bir əlamət olmur və yalnız USM zamanı aşkarlanır

Müalicə forması:
Histeroskopiya və ya ginekoloji müayinə zamanı xüsusi üsullarla rahat şəkildə kənarlaşdırılır.

Təkrarlana bilərmi?
Bəli, residiv verə bilər. Buna görə də polip çıxarıldıqdan sonra mütləq nəzarət və uyğun müalicə vacibdir.

Dəyərli xanımlar, vaxtında müayinə həm rahatlıq, həm də sağlamlıqdır.