Skip to content Skip to sidebar Skip to footer

Klimakterik Sindrom: Bu Keçid Dövrünü Necə Sağlam Yaşamalı

Klimakterik sindrom – qadının perimenopauza və menopauza dövründə yumurtalıq funksiyasının azalması ilə bağlı yaranan hormonal dəyişikliklərə cavab olaraq ortaya çıxan fiziki, psixo-emosional və vegetativ əlamətlər kompleksidir. Əsas səbəb estrogen səviyyəsinin enməsidir.

Əlamətləri:
Vegetativ: İsti basmalar (hot flush), gecə tərləmələri, ürəkdöyünmə.
Psixo-emosional: Əsəbilik, narahatlıq, yuxusuzluq, depressiv əhval.
Genitourinar: Vaginal quruluq, yanma, cinsi əlaqədə ağrı, sidik qaçırma.
Metabolik: Sümük əriməsi (osteoporoz), dəri və saçda dəyişikliklər, çəki artımı.

Bu Dövrü Necə İdarə Etmək Olar?
Həyat tərzi dəyişiklikləri: Sağlam qidalanma, fiziki aktivlik, stressin azaldılması.
Qeyri-hormonal müalicə: Bitki mənşəli preparatlar, vitamin D, kalsium.
Hormonal müalicə (HRT): Yalnız həkim göstərişi ilə, fərdi risk-fayda qiymətləndirilməsi ilə tətbiq olunur.

Klimakterik sindrom xəstəlik deyil, təbii bir keçid dövrüdür. Lakin həyat keyfiyyətini azalda bilər. Düzgün yanaşma ilə əlamətlər nəzarət altına alına bilər.