Skip to content Skip to sidebar Skip to footer

Endometrium Polipi: Səbəb, Diaqnostika və Müasir Müalicə Üsulları

Endometrial polip – uşaqlıq boşluğunu örtən daxili qatın (endometriumun) lokal həddindən artıq böyüməsidir. Ölçüsü bir neçə millimetrdən bir neçə santimetrə qədər ola bilər. Əksər hallarda xoşxassəlidir, lakin nadir hallarda xərçəngönü və ya xərçəngə çevrilə bilər.

Əlamətləri

  • Menstrual dövrdən kənar qanaxma 
  • Uzun və ya çox qanaxmalı aybaşı
  • Cinsi əlaqədən sonra qanaxma
  • Sonsuzluq və ya təkrarlanan düşüklər
  • Bəzən tam əlamətsiz olur 

Səbəbləri

  • Hormonal disbalans (xüsusilə estrogenin üstünlüyü)
  • Perimenopauza və menopauza dövrü
  • Artıq çəki 

Necə diaqnoz qoyulur?

  • Transvaginal USM
  • Salin infuziyalı USM (SIS) – polipi daha aydın göstərir
  • Histeroskopiya – həm diaqnoz, həm də müalicə məqsədilə çıxarılan toxuma histoloji müayinə edilir (çox vacibdir) 

Ən Effektiv Müalicə Üsulu Hansıdır?

İzləmə: Kiçik, əlamətsiz poliplər izlənə bilər. 
Cərrahi müalicə: Histeroskopik polipektomiya “qızıl standart” hesab olunur. Bu üsulla kamera vasitəsilə uşaqlıq boşluğuna daxil olunur və polip birbaşa görərək tamamilə çıxarılır. 
Dərman müalicəsi: Hormonal preparatlar qanaxmanı azalda bilər, amma polipi tam aradan qaldırmır. 

Polip Nə Vaxt Mütləq Çıxarılmalıdır?

  • Qanaxma verirsə
  • Sonsuzluq və ya düşüklərlə əlaqəlidirsə
  • Menopauzada aşkarlanıbsa
  • USM-də şübhəli görünüş varsa
  • Ölçüsü böyükdürsə və ya sürətlə böyüyürsə