Skip to content Skip to footer

Əməliyyatdan Sonra Tövsiyələr

Üroloji əməliyyatlardan sonra düzgün qulluq sağalmanı sürətləndirir və ağırlaşma riskini azaldır. Aşağıdakı tövsiyələr ən çox icra olunan əməliyyatlara aiddir.

Qeyd: Bu məlumatlar ümumidir. Fərdi vəziyyətinizə görə həkiminiz fərqli tövsiyə verə bilər.

Perkutan Nefrolitotripsiya (PNL)

Böyük böyrək daşlarının çıxarılması sonrası qaydalar

Tövsiyələr

  • Bol maye qəbul edin (gündə minimum 2–2.5 litr).
  • 1 ay ağır fiziki iş görməyin.
  • Gündəlik 2–3 saat yüngül gəzinti edin.
  • Acı və ədviyyatlı qidaları rasiondan çıxarın.
  • Uzun yol səfərlərindən çəkinin.
  • Yara sarğısını ilk 3–6 gün dəyişdirin.
  • 2–3 həftə sonra stentin çıxarılması üçün müraciət edin (əgər qoyulubsa).
  • Reseptdə yazılan dərmanları müntəzəm qəbul edin.

Normal Sayılan Hallar

  • Sidikdə az miqdarda qan görülməsi.
  • Yara yerindən az miqdarda sidik sızması.
  • Sidik ifrazı zamanı yandırma və göynəmə.
  • Böyrək nahiyəsində yüngül sancı.

Həkimə Nə Zaman Müraciət Etmək Lazımdır?

  • Bədən hərarəti 38°C və daha çox olarsa.
  • Yara yerindən irinli axıntı olarsa.
  • Bulanıq və kəskin qoxulu sidik ifrazı olarsa.
  • Ağrılar çox kəskin olarsa.
  • Ürəkbulanma, halsızlıq və qusma olarsa.

TUR-Prostat Əməliyyatı

Prostat əməliyyatından sonra sağalma üçün tövsiyələr

Tövsiyələr

  • Ağır fiziki iş görməyin.
  • Uzun yol səfərlərindən çəkinin.
  • Sərt yerlərdə uzun müddət oturmayın; daha çox ayaqüstə və uzanıqlı olun.
  • Qəbizlik olmasın (qəbizlikdən qorunun).
  • Acı və ədviyyatlı qidaları rasiondan çıxarın.
  • Bol maye qəbul edin.
  • 1 həftə avtomobil idarə etməyin.
  • Spirtli içki və kofeinli içkilərdən uzaq olun.
  • 4–6 həftə cinsi əlaqə tövsiyə edilmir.
  • Açıq havada gündə ən az 2–3 saat yavaş tempdə gəzin.
  • Özünüzü soyuqdan qoruyun.
  • Reseptdə olan dərmanları qəbul edin.

Əməliyyatdan Sonra Baş Verə Bilən Hallar

  • Sidiyin əvvəlində və ya sonunda qan görülməsi.
  • Bir müddət davam edən sidik qaçırma.
  • Sidik ifrazı zamanı yandırma və göynəmə.
  • Sidik şırnağının müvəqqəti zəifləməsi.
  • Spermanın çölə xaric olmaması (retrograd boşalma).
  • Müvəqqəti ereksiyanın olmaması və ya zəifləməsi.

Həkimə Nə Zaman Müraciət Etmək Lazımdır?

  • Bədən hərarəti 38°C və daha çox yüksələrsə.
  • Xayalarda şişkinlik və qızartı olarsa.
  • Qasıq nahiyəsində güclü ağrı olarsa.
  • Sidik kanalından daimi al qan gələrsə.
  • Sidik ifrazı tam kəsilərsə.

Ureterolitotripsiya (RIRS)

Lazer ilə kəsiksiz daş müalicəsindən sonra qaydalar

Tövsiyələr

  • Bol maye qəbul edin.
  • Acı və ədviyyatlı qidaları rasiondan çıxarın.
  • Gündəlik 2–3 saat yüngül gəzinti edin.
  • 2–3 həftə sonra stentin çıxarılması üçün müraciət edin (əgər qoyulubsa).
  • Reseptdə olan dərmanları qəbul edin.

Əməliyyatdan Sonra Baş Verə Bilən Hallar

  • Sidikdə qan görülməsi.
  • Sidik ifrazı zamanı yandırma və göynəmə, böyrəkdə sancı.
  • Nadir hallarda sidik qaçırma.

Həkimə Nə Zaman Müraciət Etmək Lazımdır?

  • Bədən hərarəti 38°C və daha çox olarsa.
  • Bulanıq və kəskin qoxulu sidik ifrazı olarsa.
  • Ağrılar çox kəskin olarsa.
  • Ürəkbulanma, halsızlıq və qusma olarsa.