Böyrək Daşından Qorunmağın 7 Effektiv Yolu
1. Gündə 2.5–3 litr maye qəbul edin
Kifayət qədər su içmək sidikdə mineral konsentrasiyanı azaldır və daş əmələ gəlməsinin qarşısını alır.
2. Duz qəbulunu azaldın
Artıq natrium sidikdə kalsium ifrazını artırır və daş riskini yüksəldir.
3. Heyvan zülalını məhdudlaşdırın
Həddindən artıq ət qəbulu sidik turşusu daşlarına səbəb ola bilər.
4. Limon suyu istifadə edin
Limon təbii sitrat mənbəyidir və kalsium daşlarının yaranmasının qarşısını ala bilər.
5. Oksalatlı qidalara diqqət edin
İspanaq, çikolada, çay və qoz-fındıq yüksək oksalat ehtiva edir.
6. Çəkiyə nəzarət edin
Piylənmə böyrək daşı riskini artırır.
7. Daş analizini etdirin
Çıxarılan daşın analizi gələcək profilaktikanı düzgün planlamağa kömək edir.