Həkim Haqqında

Dr. Rövşən Tağıyev

Dr. Rövşən Tağıyev

Dr. Rövşən Tağıyev 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə Türk Özəl Liseyində almış, 2008–2014-cü illərdə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsində təhsil almışdır.

Təhsilini başa vurduqdan sonra müxtəlif xəstəxanalarda uroloji sahədə rezidentura keçmiş və 2025-ci ildə Bakıda yerləşən Cavadzadə Klinikası Urologiya şöbəsində ixtisaslaşmasını tamamlamışdır.

Uroloji sahədə beynəlxalq klinik protokollara əsaslanan, müasir cihazlarla dəqiq diaqnostika və minimal invaziv cərrahiyyə üzrə geniş təcrübəyə malikdir.

İxtisaslaşdığı Sahələr

  • Böyrək və sidik kisəsi daşları
  • Prostat xəstəlikləri
  • Uro-onkoloji əməliyyatlar
  • Laparoskopik cərrahiyyə
  • Kişi reproduktiv sağlamlığı
  • Qadın urologiyası
  • Uşaq urologiyası
  • Təcili uroloji müdaxilələr