Skip to content Skip to sidebar Skip to footer

CİN (Servikal İntraepitelial Neoplaziya): Xərçəngönü Dəyişiklik

CİN (Cervical Intraepithelial Neoplasia) – uşaqlıq boynunun səthi epitel qatında yaranan xərçəngönü hüceyrə dəyişiklikləridir. Bu dəyişikliklər invaziv xərçəng deyil, lakin vaxtında aşkar olunub müalicə edilməzsə, illər sonra xərçəngə çevrilə bilər.

CİN dərəcələri:

CİN 1 (yüngül displazi): Çox vaxt immun sistemi tərəfindən aradan qaldırılır və öz-özünə geriləyir. Adətən yalnız izləmə tələb edir. Adətən 6-12 ay fasilələrlə izlənilir. 
CİN 2 (orta displazi): Xərçəngə çevrilmə riski daha yüksəkdir. Müalicə və ya yaxın izləmə tələb edir.
CİN 3 (ağır displazi): Xərçəng riski yüksəkdir və mütləq müalicə olunmalıdır.

CİN 2 və CİN 3: Patoloji sahənin cərrahi yolla (LEEP, konizasiya, lazer) çıxarılması tələb olunur.

Əsas səbəb: Yüksək riskli HPV infeksiyası (xüsusilə 16 və 18 tipləri) 

Diaqnoz və Müalicə Necə Aparılır? 

Diaqnoz üçün Pap smear, HPV testi, Kolposkopiya və Biopsiya kimi müayinələrdən istifadə olunur. Biopsiyanın nəticəsi diaqnozu təsdiqləyən “qızıl standart”dır.

Müalicədən sonra mütəmadi nəzarət çox vacibdir, çünki bu, problemin təkrarlanmadığına əmin olmağa kömək edir. Həkimin media çıxışlarını izləyərək bu və digər mövzular haqqında daha çox məlumat əldə edə bilərsiniz.