Uşaqlıq boynunun səthində normalda olması lazım olmayan qızartılı və həssas sahənin yaranmasıdır. Xalq arasında “eroziya” deyilsə də, tibbi olaraq bu vəziyyət çox vaxt ektopiya adlanır və hər zaman yara və ya təhlükəli hal demək deyil. Bir çox qadında heç bir şikayət yaratmadan mövcud ola bilər.
Əlamətləri
– Cinsi əlaqədən sonra qanlı axıntı
– Uzunmüddətli və ya artmış vaginal axıntı
– Bəzən aşağı qarın nahiyəsində diskomfort
Qeyd: Əksər hallarda heç bir əlamət olmur.
Səbəbləri
Hormonal dəyişikliklər (hamiləlik, gənc yaş dövrü)
İnfeksiyalar (xüsusilə iltihabi proseslər)
Tez-tez keçirilən ginekoloji müdaxilələr
Doğuşdan sonrakı dəyişikliklər
Necə müayinə edilir?
Ginekoloji baxış: Güzgü ilə uşaqlıq boynu müayinə olunur, qızartılı sahə vizual olaraq görünə bilər.
Pap-smear (yaxma testi): Hüceyrə dəyişikliklərini və riskləri qiymətləndirmək üçün götürülür.
Kolposkopiya: Xüsusi cihazla uşaqlıq boynu böyüdülərək daha ətraflı baxılır.
Biopsiya: Şübhəli hallar olduqda kiçik toxuma nümunəsi götürülə bilər.
Uşaqlıq boynu eroziyası təhlükəlidirmi
Bu patologiya birbaşa təhlükəli hesab olunmur. Amma mütləq araşdırılmalıdır. Əgər eroziya varsa:
– Kolposkopiya
– Pap-test
– HPV analizi mütləq aparılmalıdır ki, bu sahənin təhlükəsiz olduğu təsdiqlənsin.
Xərçəngə çevrilə bilərmi?
Əgər xanım HPV virusu daşıyıcısıdırsa, virus uşaqlıq boynundakı dəyişilmiş sahəyə təsir göstərə və risk yarada bilər.
Əlamətlər nələrdir?
– Ara-ara qanlı ifrazat
– Əlaqə sonrası qanama
Ona görə də profilaktik müayinələr çox önəmlidir. Eroziya normal vəziyyətdirmi, yoxsa patoloji sahə varmı — bunu yalnız müayinə ilə bilmək olar. 🎗️ Uşaqlıq boynu xərçənginin qarşısını almağın yolu vaxtında yoxlanmaqdır.
Müayinənizi gecikdirməyin.


